Modern.az

Tağı Əhmədovun nəvəsi yanan binadakı mənzildə qalıb?

Tağı Əhmədovun nəvəsi yanan binadakı mənzildə qalıb?

Təhsil

12 Mart 2014, 10:56


“Sahil” Ticarət Mərkəzinin yerləşdiyi binanın yaşayış hissəsində, 7-ci mərtəbədə azyaşlı bir uşağın xilas edilməsi üçün hazırda tədbirlər görülür. Yanğın girişi bağladığından, uşağın xilas edilməsinə Fövqəladə Hallar Nazirliyinin texnikası cəlb edilib. Sakinlərin verdiyi məlumata görə, həmin azyaşlı uşaq metropolitenin keçmiş rəisi Tağı Əhmədovun nəvəsidir. 

Məlumatı dəqiqləşdirmək üçün Bakı metropolitenin keçmiş rəhbəri Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova ilə əlaqə saxladıq. O, Modern.az-a bu barədə heç bir şey deyə bilməyəcəyini bildirdi: “Bu barədə açıqlama vermək istəmirəm. Hazırda işdəyəm. Yanğınla bağlı məlumatsızam”. 

Qeyd edək ki, bir neçə dəqiqə əvvəl “Sahil” metrosunun üstündə yerləşən məşhur “Sahil” Ticarət Mərkəzinin üstündəki binada yanğın baş verib. Hazırda ticarət mərkəzində baş vermiş yanğın FHN-in Yanğından Mühafizə Xidməti tərəfindən söndürülür.

 

  Gültəkin ƏLƏSGƏR   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı