Modern.az

ABŞ Konqresi Rusiya əleyhinə qətnamə qəbul etdi

ABŞ Konqresi Rusiya əleyhinə qətnamə qəbul etdi

Təhsil

12 Mart 2014, 11:07

ABŞ Konqresinin aşağı palatası Ukraynaya qarşı hərəkətinə görə Rusiya əleyhinə olan qətnaməni qəbul edib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, qətnamənin lehinə 402 palata üzvü səs verib. “Forbes”in məlumatına görə, həmin qətnamədə Ukrayna xalqına böhran dövründə dəstək öz əksini tapır və Rusiya tərəfindən aqressiya qəbul edilməz sayılır.

Konqresin xarici məsələlər üzrə rəhbəri Ed Roysun sözlərinə görə, qətnamədə ABŞ prezidentinə Rusiyaya qarşı ünvanlı iqtisadi sanksiyaların tətbiqi çağırışı edilir. Senatorlar Rusiyanı “böyük səkkizlik”dən çıxarmaqla da bağlı çağırış edirlər.

 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı