Modern.az

Rafiq Manaflı: “Düşüncə Mərkəzi ciddi siyasi qurum deyil”

Rafiq Manaflı: “Düşüncə Mərkəzi ciddi siyasi qurum deyil”

Təhsil

12 Mart 2014, 11:21


“Düşüncə Mərkəzi” bir yerə toplanıb, hadisələri müzakirə etmək məqsədilə yaradılıb. Mənə verilən məlumata görə, toplantıda məsələ qoyulub ki, yaradılacaq mərkəzdə siyasi iddialar ortaya çıxacaqsa, qurum dərhal buraxılacaq”.

Bunu Modern.az-a Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı müxalifət düşərgəsində yeni yaradılan “Düşüncə Mərkəzi”ndən danışarkən deyib. Onun sözlərinə görə, vaxtilə İctimai Palatada bir yerdə olan şəxslər indi bu mərkəz ətrafında toplaşmağı qərara alıblar: “Deyə bilmərəm, necə fəaliyyət göstərəcəklər. Bilirsiz ki, Azərbaycanda xeyli belə mərkəz var. “Düşüncə Mərkəzi” də onlardan biridir. Mərkəz fəaliyyətini davam edirsin, sonra orada iştirak etməklə bağlı qərar verə bilərəm.

Hələ ki mənə orada iştirakla bağlı təklif gəlməyib”. R.Manaflı qeyd edib ki, “Düşüncə Mərkəzi” siyasi qurum deyil: “Siyasi qurum olarsa, ona ciddi baxmaq mümkündür. Özləri də bu mərkəzə ciddi siyasi əhəmiyyətli qurum kimi baxmırlar. Sadəcə, intellektual şəxslərdən ibarət klub yaradıblar”.

Qeyd edək ki, İctimai Palatanın fəaliyyətinə xitam verildikdən sonra, qurumun Koordinasiya Şurasında toplananların bəziləri qərara alıblar ki, “Düşüncə Mərkəzi” yaradılsın.

 

İlkin PİRƏLİ

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı