“Metro keçidləri bazar üçün nəzərdə tutulmayıb”. Bunu Modern.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib: “Düşünürəm ki, metropoliten rəhbərliyi çox düzgün addım atıb. Lakin orada çalışan insanlar üçün iş yeri təşkil edilməlidir ki, çörək pullarını qazana bilsinlər. Metropolitenin yeni rəhbərinin bu addımını alqışlayıram. Çünki metronu bazara çeviriblər. Dünya ölkələrinin heç birində metro keçidlərində bazar yoxdur. Məsələn, Moskva metrosunda bazar varmı? Metro insanların rahat gediş-gəlişini təmin etmək üçün nəzərdə tutulan nəqliyyat vasitələrindən biridir. Həmin keçidlərdə qəzet və kitab satışının yenidən bərpa olunmasına gəldikdə, düşünürəm ki, bunu metro çıxışlarında xüsusi köşklərdə həyata keçirmək lazımdır. Əgər imkan olarsa, metro çıxışında kiçik bazar elementi yaratmaq daha məqsədəuyğundur. Amma metro stansiyasının içində olmasının tərəfdarı deyiləm”.
Gülşən Raufqızı