Modern.az

“Hökuməti tənqid edəcəyəm” – Deputatlar Nazirlər Kabinetinin hesabatı haqda

“Hökuməti tənqid edəcəyəm” – Deputatlar Nazirlər Kabinetinin hesabatı haqda

Təhsil

12 Mart 2014, 12:03

Martın 14-də Nazirlər Kabineti Milli Məclisdə hesabat verəcək. Ötən ilin hesabatı artıq deputatlara təqdim olunub.

Modern.az-a danışan parlamentin Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyir ki, ölkədə görülən işlər göz qabağındadır və bunlar da rəqəmlərlə təzahürüdür. “İnsanlar hər şeyin yaxşısı ola-ola bir az da yaxşısını istəyirlər. Ölkədə gedən proseslər təməlidir, ölkədə inkişaf yaşanır. Bu rəqəmlər, göstəricilər, hesabat Azərbaycanın inkişafından xəbər verir. Dünyada gedən proseslərə nəzər salanda Azərbaycanın inkişafını hiss olunan dərəcədədir. Bunu görməmək kor adamların işidir. Həqiqətən də göstəricilər Azərbaycan vətəndaşının yaxşı yaşayışından xəbər verir. Hesabatın məqsədi nədir? Hökumət gördüyü işlərdən danışır, biz də onlardan soruşuruq, tələb edirik ki, filan qanun , filan məsələ niyə icra olunmayıb? Bu məsələləri qaldıraraq sorğu-sual olunur”. Millət vəkili hesab edir ki, hesabat hökumət üçün çox əhəmiyyətli tədbirdir. Komitə sədri onu da bildirdi ki, hökumətin hesabatı zamanı hökuməti tənqid edəcək. “Hesabatda belə bir ciddi məsələ var. Tibbi sığorta haqqında qanun barədə ölkə başçısının sənədləri və sərəncamları var. Amma bu günə kimi hələ ki, icra olunmayıb. Ona görə də hökuməti tənqid edəcəyəm”.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun sözlərinə görə, hesabatla bağlı bir neçə təklifi olacaq. “Çıxışa imkan olsa öz təkliflərimi verəcəyəm. Həmin təkliflər əsasən kənd təsərrüfatı, qeyri-neft sektorunun inkişafı, regionların iqtisadi inkişafında əsas məsələ olan işsizlik probleminin həlli ilə bağlı olacaq. Bundan başqa Azərbaycanın müharibə şəraitində olan bir ölkə kimi  ərzaq təhlükəsizliyinin təminatı məsələsi ilə bağlı fikirlər səsləndirəcəyəm. Ümumiyyətlə götürəndə isə baxmayaraq ki, dünyada 2,1 %artım olan, Azərbaycanda bu rəqəm 5,8% olub. Son 10 ildə Azərbaycan iqtisadiyyatında artımlar çox yüksək olub. Artıq 50 milyard dollara yaxın ehtiyat yaranıb. Yəni müsbət məqamlar çoxdur”.

 

  Gültəkin ƏLƏSGƏR     
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı