Modern.az

Məşhur Krım türkləri: baş nazir, futbolçu və müğənni - FOTOLAR

Məşhur Krım türkləri: baş nazir, futbolçu və müğənni - FOTOLAR

Təhsil

12 Mart 2014, 12:10

məxsusluğu hazırda mübahisə mövzusudur. Halbuki Krım türklərin tarixi vətəni və bir çox tanınmış şəxsiyyətlərin yetişdiyi bölgədir.

Modern.az tanınmış Krım türkləri ilə tanış edir.

İsmayıl bəy Qaspıralı (Qasprinski) – XX əsrin əvvəllərində maarifçilik hərəkatının inkişaf etdirilməsində əvəzsiz xidmətləri olan şəxs. Qaspıralı düşüncələrini 1883-cü ildə qurduğu və 1918-ci ilə qədər varlığını davam etdirən “Tərcüman” adlı qəzeti ilə yayaraq türk xalqlarını birlik və həmrəyliyə çağırırdı. O, indi də öz aktuallığını qoruyub saxlayan "Dildə, fikirdə, işdə birlik!" şüarı ilə türk xalqları arasındakı birliyin əsas istiqamətlərini müəyyənləşdirib. Soyadını Krımın Qaspıra şəhərinin adından götürüb.

İsmayıl bəydən sonra adı mütləq çəkilməli olan  kəs isə türkçülüyün ideoloji prinsiplərini hazırlayan Yusif bəy Akçuralıdır. Türkçülük ideyasının öndə gedən təmsilçilərindən olan Yusif Akçuralı siyasi təzyiqlər səbəbindən bir neçə il Paris şəhərində mühacir həyatı yaşayıb. Yazdığı elmi və publisistik əsərlərdə vahid Turançılıq ideologiyası və bu ideologiyanın praktiki şəkildə həyata keçirilməsi əsas tutulur. Elə bütün bunlara  görə qısa müddətdən sonra bir vaxtlar mühacirət etməli olduğu Türkiyədə sevilməyə başlayır.

Bəkir Çobanzadə – məşhur Krım türklərindən ən nakam taleyə uğrayan şəxsin Bəkir Çobanzadə olduğunu desək yanılmarıq. Repressiyadan da yan keçməyən bu adam ömrünün sonuna qədər Krım türklərinin mənafeyi uğrunda mübarizə aparıb. Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olub. Türkiyədə “Müstəqil tatar Krımı” ideyaları ilə yaşayan gənclərdən ibarət "Krım-tatar tələbə cəmiyyəti"nin yaradıcılarından və rəhbərlərindən olub. Sonralar isə Krım universitetində Şərq fakültəsinin professoru kimi Krım-tatar dili və ədəbiyyatından mühazirələr oxuyub.

Əhməd Tofiq paşa – XX əsrin məşhur Krım türkləri sırasında onun da adı var. O, Sultan II Əbdülhəmidin dönəmində xarici işlər naziri olub. Daha sonrakı fəaliyyətində isə  Sədr-əzəmlik yer alır.

Oğlu İsmayıl Tofiq Hakkı da dönəminin məşhur ictimai siyasi xadimi və diplomatı olub.

Əziz Nesin - Türkiyənin xarici ölkələrdə ən çox tərcümə olunaraq satılan dördüncü yazıçısı da əslən Krım türküdür. Kiçik hekayə və şeirləri ilə sosial həyatın ağrılarını ustalıqla əks etdirən Ə. Nesin yaradıcılığında türkçülük o qədər də əsaslı bir yer tutmasa da yazar heç vaxt Krım türkü olmasını təkzib etməyib. 


Adnan Menderes - Türkiyə Cümhuriyyətinin ən səs-küylü baş nazirlərindən biri. 1899-cu ildə hələ Osmanlı çağında anadan olan Menderes 1960-cı ildə Milli Birlik Komitəsi tərəfindən qurulan Yüksək Ədalət Divanının qərarına əsasən edama məhkum edildi. 


Əhməd Davudoğlunun da nəsil şəcərəsi Krım türklərinə gedib çıxır. 1959-cu ildə Konyada anadan olan xarici işlər naziri, həm də siyasət sahəsində nüfuzlu alimlərindən sayılır.


Məşhur Krım türkləri arasında ictimai-siyasi xadimlərlə yanaşı bir sıra sənət adamları və idmançılar da var. Sənət adamları deyiriksə bu siyahıda ilk olaraq tanınan aktyor Cüneyt Arkının adı çəkilməlidir. O, əsasən döyüş filmlərində baş qəhrəman və tarixi filmlərdə əsas obrazı canlandırıb.

Daha bir müğənni-aktyor Orxan Gəncəbay da Krım türküdür. Aktyor-ifaçı Esin Engini də bu siyahıya əlavə etmək olar.

Türk filmlərində ifa olunan filmlərin səsləndirilməsində daha bir əməyi olan ifaçı Nəsrin Sipahi də yaddan çıxmamalıdır.

Müğənni Sərdar Ortac da əslən Krım türklərindəndir. Siyahıda aktyor və müğənnilərlə yanaşı iki dəfə Ukrayna gözəli seçilən Anastasiya Sienina var.

Belə ki, 2002-ci ildə Türkiyənin dünya çempionatında üçüncü yerə sahiblənməsində önəmli rol oynayan futbolçu İlhan Mansız da Krım türküdür. Həmin turnirdə futbolçu hətta “qızıl top” mükafatına layiq də görülüb.

Digər bir futbolçu Denis Alibek də bu siyahıdadır. O, Rumıniyada anadan olub və bir çox məşhur klubların şərəfini qoruyub. Hazırda İtaliya A seriyasının “Kyevo” futbol klubunda forma geyir.

Krım türkü olan futbolçu isə Ukraynanın “Şaxtyor” futbol klubunun oyunçusu Rustam Kudzamovdur. 

Tanınan tarixçi alim Kamal Karpat da ünlü Krım türklərindəndir. Tarixçi professor həmçinin ABŞ universitetində Osmanlı tarixi kafedrasını yaradıb.  

Amma məşhur Krım türkləri bununla da bitmir.

 

Elmin Nuri  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı