Modern.az

Metro keçidlərində endirim kampaniyası başladı

Metro keçidlərində endirim kampaniyası başladı

Təhsil

12 Mart 2014, 12:51

Bu gün “Gənclik” və “Neftçilər” metrostansiyalarının keçidlərindəki köşklərdə “bütün mallara endirim” yazısı yazılıb. Adının çəkilməsini istəməyən satıcılar Modern.az-a bildiriblər ki,  onlara mart ayının 16-a qədər vaxt verildiyini bildirdilər. “Qiymətləri mümkün qədər ucuz etdik ki, mallar əlimizdə qalmmasın”-deyə bildirdilər.

Qeyd edək ki, martın 11-də “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti keçidlərdəki ticarət köşkləri haqda qəti qərar qəbul edib.

Zaur Hüseynov “Köşklər yığışdırılacaqmı” sualına belə cavab verib: “Qərarımızı vermişik. Onun açıqlanmasını gözləyin”.

 

Gülşən Raufqızı

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı