Modern.az

Bakıda MDB PA-nın büdcə nəzarəti komissiyasının iclası keçiriləcək

Bakıda MDB PA-nın büdcə nəzarəti komissiyasının iclası keçiriləcək

Təhsil

12 Mart 2014, 13:34

Martın 13-də Milli Məclisdə MDB Parlamentlərarası Assambleyasının Büdcə nəzarəti komissiyasının iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbirdə komissiyanın 2013-cü ildə fəaliyyətinin  yekunları, MDB PA-nın 2014-cü il üçün iş planı, “MDB PA-nın fəaliyyətinin maliyyələşdirilməsi haqqında” qərar layihəsi müzakirə olunacaq,  maliyyə və təşkilati məsələlərə baxılacaq. İclasda həmçinin MDB dövlət başçıları Şurası və hökumət başçıları Şurası tərəfindən qəbul edilmiş dövlətlərarası sənədlərin qüvvəyə minməsi üçün görülən işlər, MDB Gənclər təşkilatının keçirdiyi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Yığıncaqda Azərbaycan Respublikasının sosial-iqtisadi vəziyyəti, Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki  hüquqlarına riayət olunmasının monitorinqi üzrə Beynəlxalq İnstitutun  Bakı filialının fəaliyyəti barədə məruzələr dinləniləcək.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı