Modern.az

Şöbə müdiri: “Müəllimlərin işə qəbulunda yeni mexanizm tətbiq olunacaq”

Şöbə müdiri: “Müəllimlərin işə qəbulunda yeni mexanizm tətbiq olunacaq”

Təhsil

12 Mart 2014, 15:55


“Müəllim hazırlığı sisteminə tam yeni yanaşma gözlənilir. Yeni yanaşmaya görə müəllim hazırlığı kurikulumları tamamilə dəyişəcək. Hazırlanacaq yeni kurikulumlar yeni tələblərə uyğun formada tətbiq olunacaq”. Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

“Kəndə aparan yol layihəsi çərçivəsində işə başlayan müəllimlər fəaliyyətini davam etdirirlər. Salyan rayonunda bu layihə çərçivəsində işə başlayan müəllimlərin sayı təxminən 10-a yaxındır. Müəllimlərin kənd yerlərində işə başlamaları ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən həyata keçirilən hökumətin də qərarı ilə bu proqram geniş əhatə edir. 2013-2014-cü il tədris ilində 2527 müəllim məhz bu proqram çərçivəsində həvəsləndirmə tədbirləri tətbiq etməklə fəaliyyətlərini davam etdirirlər. Bu layihə geniş çərçivəli proqram layihəsidir. Təhsil Nazirliyi gələcəkdə də bu proqram çərçivəsində müvafiq addımlar atacaq. Müəllimlərin hazırlıq səviyyəsi ilə bağlı müəllimlərin peşəkarlıq fəaliyyətinin artırılması ilə əlaqədardır.”

F. Qədirov qeyd edib ki, müəllim hazırlığı sistemində internatura modeli tətbiq olunacaq. Keçirilən təlimlərin əsas üstünlüyü müəllimləri ixtisasartırma mərkəzlərinə paytaxta gətirmirik, onlar üçün yerlərdə təlimlər təşkil edirik. “Gələcəkdə ixtisaslar üzrə mərkəzlər yaradılacaq. Təlimçi statusu qazanmış müəllimlər məhz həmin məktəblərdə digər müəllimlərlə təlimlər keçsinlər və onların fəaliyyəti stimullaşdırılsın. Təhsil Nazirliyi direktorlarla bağlı yeni yanaşma tətbiq edib. Artıq bəzi direktor qrupları həmin yanaşma ilə bağlı təlimlər keçirirlər. Son mərhələdə isə onlar müsabiqədən keçəcəklər. Hazırda bu sistem yalnız Bakı şəhəri üzrə tətbiq olunur. Yaxın gələcəkdə regionlarda da direktorların yeni sistemlə seçilib yerləşdirilməsinə başlanılacaq.

Bu il müəllimlərin işə qəbulu prosesində Təhsil Nazirliyi tərəfindən edilən dəyişikliklərdən biri müsabiqəyə başlamamışdan əvvəl iyun ayında bütün vakansiyalar ancaq yerdəyişmə formasında elan olunacaq. Yəni yerini dəyişmək istəyən müəllimlər elektron qaydada öz seçimlərini bizə göndərəcəklər. Bu prosesdən sonra isə qalan vakansiyalar müsabiqəyə çıxarılacaq. Yerdəyişmə edən müəllimlər imtahansız işə qəbul olacaqlar. Çünki onlar artıq müəllim hesab olunurlar. Bir yerə bir neçə müəllim müraciət edərsə, onlar üzərində konkret meyarlar üzrə qiymətləndirmə aparılacaq. Hansısa müəllimin konkret yerə yerləşdirilməsi həyata keçiriləcək.

Əlbəttə, bu meyarlar onların elektron ərizələrində göstəriləcək. Onlar həmin meyarlara uyğun elektron ərizələrini dolduracaqlar. Meyarlar müəllimlərin təhsil səviyyəsi, sertifikatları, yaşayış yerinə daha yaxınlığı və s. ibarətdir”.

 

Rafiq Qənbərov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı