“Rusiya ordusu üç saatdan sonra Kiyevdə ola bilər, ancaq potensial təhlükəyə görə fövqəladə vəziyyət elan olunmayacaq”. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu haqda bu gün keçirilən brifinqdə Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının katibi Andrey Parubiy bəyan edib: “Rusiya ordusunun bir hissəsi Kiyevə iki-üç saatlıq məsafədədir. Bizim dəstələrimiz elə yerləşib ki, istənilən tərəfdən hücumu dəf etmək mümkündür”.
Bununla belə, o bəyan edib ki, hakimiyyət seçkiqabağı kampaniyanı çətinləşdirmək üçün fövqəladə vəziyyət tətbiq etməyəcək: “Mayın 25-də Ukraynada legitim prezident seçkilərinin keçirilməsi bizim üçün çox vacibdir”.
Onun sözlərinə görə, Rusiya Krımda kobud davranışı ilə Ukraynadakı prezident seçkilərini pozmağa cəhd edir: “Genişmiqyaslı kampaniya aparılır ki, Ukraynada legitim prezident seçkilərinin keçirilməsinə imkan verilməsin”.
Modern.az