Modern.az

Krım tatarlarının lideri Putinlə görüşə bilmədi

Krım tatarlarının lideri Putinlə görüşə bilmədi

Təhsil

12 Mart 2014, 18:15

Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada səfərdə olan Krım tatarlarının lideri, Ukraynanın xalq deputatı Mustafa Cəmilovla telefonla danışıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Putin Krım məsələsinin martın 16-da keçirilən referendumdan sonra konkret həll olunacağını deyib. Qeyd edək ki, Krım tatarlarının liderini Moskvaya Tatarıstanın keçmiş prezidenti Mintimer Şaymiyev dəvət edib. Ancaq Şaymiyevin vəd etdiyi kimi Mustafa Cəmilov Putinlə görüşməyib.

“Putin dedi ki, Rusiyanın son qərarı martın 16-da keçiriləcək referendumun necə keçməsindən asılı olacaq”, - Cəmilov bildirib.

 

 

Modern.az    
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı