
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Modern.az xəbər verir ki, sərəncamda Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan kimi İqtisadiyyat və Sənaye Nazirliyinin müəyyən edilməsi göstərilib. Həmçinin Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək üçün Nazirlər Kabinetinə tapşırıq verilib.
Modern.az