Modern.az

“Hər bir vəzifəli şəxs dövlət başçısından nümunə götürməlidir”

“Hər bir vəzifəli şəxs dövlət başçısından nümunə götürməlidir”

Təhsil

12 Mart 2014, 17:33

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vaxtaşırı olaraq vətəndaşlarla görüşür, onların təklif və problemlərini həll edir. Bunlar Füzuli rayon İcra Hakimiyyətində Horadiz şəhər sakinləri ilə keçirilən görüş-qəbulda bir daha vurğulanıb.   

Görüş zamanı çıxış edən Alı Alıyev bildirib ki, ölkə başçısı İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, problemlərini həll etmək barədə tapşırıqları rayonda birmənalı olaraq diqqət mərkəzində saxlanılır. Vətəndaşların həyat şəraitinin, sosial problemlərinin həlli istiqamətində Prezident İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlardan danışan Alı Alıyev qeyd edib ki, hər bir vəzifəli şəxs dövlət başçısından bu məsələdə nümunə götürməli, vətəndaşların müraciətlərinə diqqətlə yanaşmalı, onların problemlərinin həlli üçün bütün səy və bacarıqlarını səfərbər etməlidir. Görüş zamanı Horadiz şəhər sakinlərin müraciətləri dinlənilib, vətəndaşlar tərəfindən qaldırılan məslələr rayon icra başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Görüş zamanı çıxış edənlər şəhərdə aparılan abadlıq quruculuq işlərindən, məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən danışıb, öz razılıqlarını bildiriblər. Vətəndaşların mənzil tikintisi, işıq, su və işlə təmin olunma ilə bağlı müraciətləri nəzarətə götürülüb, aidiyyati tapşırıqlar verilin. Sonda qeyd olunub ki, Horadiz şəhər sakinlərinə diqqət və qayğı bundan sonra da davam etdiriləcək.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı