Martın 12-də Türkiyənin Ankara, İstanbul və digər şəhərlərində 15 yaşlı yeniyetmə Berkin Elvanın ölməsi ilə əlaqədar 10 minlərlə insan aksiya keçirib.
Berkin Elvan 9 ay bundan əvvəl keçirilən hökumət əleyhinə nümayişlər zamanı - “Gəzi parkı olayları” vaxtı çörək almağa gedərkən başından xəsarət alaraq koma vəziyyətinə düşmüşdü.
15 yaşlı Berkin Elvan 269 günlük komadan sonra dünən - çərşənbə axşamı vəfat edib.
Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, on minlərlə insan bu gün İstanbul boyunca yürüş edərək anti-hökumət nümayişləri zamanı zədə almış yeniyetməni dəfn ediblər.
Berkinin vəfatı çərşənbə axşamı ölkənin bir sıra şəhərlərində etiraz aksiyalarına səbəb olub. Aksiyalar bu gün də davam edib. Aksiyalarda toqquşmalar qeydə alınıb, polis bir neçə nəfəri saxlayıb.
Paytaxt Ankarada da polislə etirazçılar arasında toqquşma olub, polis gösyaşardıcı qazdan, su şırnaklarından istifadə edib.
Nümayişçilər Türkiyə baş nazirinin Berkinin qatili adlandırıb.
Prezident Abdulla Gül vətəndaşları təmkinə çağırıb.

