Modern.az

Azərbaycan kommunistləri bələdiyyə seçkilərinə qatıla bilər

Azərbaycan kommunistləri bələdiyyə seçkilərinə qatıla bilər

Təhsil

16 Mart 2014, 16:14

Azərbaycan Kommunist Partiyası (AKP) Mərkəzi Komitəsi  və AKP MNTK -nın bu gün birgə plenumu keçirilib. Plenumda 2014 - cü ildə  Respublikada  keçiriləcək bələdiyyə seçkilərində Azərbaycan Kommunist  Partiyasının  iştirakı geniş müzakirə edilib və bu barədə müvafiq qərar qəbul  olunub. Bu barədə AKP sədri Rauf Qurbanov Modern.az-a məlumat verib. Onun sözlərinə görə AKP   rəsmilərindən bir neçəsi öz vəzifəsindən kənarlaşdırılıb. “Plenum, AKP - nin nizamnamə tələblərinə uygun olaraq,  işdə yol verdikləri ciddi nöqsanlara və partiya nizamnamə tələblərini kobud surətdə pozduqlarına görə Gülnisə Əlisultan qızı Məhsimovanı, Amil Ağalar oğlu Quluyevi, Nizami Yunis oğlu Abbasovu tutduqları vəzifələrdən və AKP MK -nın tərkibindən xaric edilib”

Plenumda,  Bağırov Ələddin Müseyib oğlu AKP MNTK -nın sədri seçilib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı