Modern.az

"Krım tatarlarının təhlükəsizliyi Türkiyənin əsas prioritetidir"

"Krım tatarlarının təhlükəsizliyi Türkiyənin əsas prioritetidir"

Təhsil

16 Mart 2014, 20:15


Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Krımda baş verən hadisələri beynəlxalq aləm üçün ciddi imtahan hesab edir.

Modern.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Əhməd Davudoğlu bildirib ki, Ukraynada Krım türklərinin təhlükəsizliyi Türkiyənin əsas prioritetidir.

"Biz Krım türklərinə ziyan gətirə bilən hər cür dəyişikliyə qarşı olduğumuzu bildiririk. Bizim mövqeyimiz hamıya aydındır".

Onun sözlərinə görə, Krım beynəlxalq aləm üçün ciddi imtahandır. "Təəssüf ki, Suriyada beynəlxalq aləmin imtahanı uğursuz oldu. Ukrayna probleminin müxtəlif mərhələlərində yaranan böhranlar və həlledilməz məsələlər gələcəkdə ağır nəticələrə gətirib çıxara bilər", - Türkiyə XİN rəhbəri bəyan edib. 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı