Modern.az

Nazir: “Azərbaycanda ildə 800 min vətəndaş müalicə edilir”

Nazir: “Azərbaycanda ildə 800 min vətəndaş müalicə edilir”

Təhsil

21 Mart 2014, 11:42


Azərbaycanda ildə orta hesabla 800 minə yaxın vətəndaş yerli xəstəxalarda müxtəlif xəstəliklərdən müalicə olunur. Modern.az saytının məlumatına görə, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev deyib. Nazir müalicə və müayinə üçün xaricə gedənlərin sayının bəzi hallarda şişirdildiyini qeyd edərək, bildirib ki, bu rəqəm ildə 2 min nəfərdən çox deyil.

O.Şirəliyevin sözlərinə görə, hər gün Azərbaycanda 170 min nəfər ambulator yardım üçün poliklinikalara müraciət edir və orta hesabla 26 min pasiyent stasionarlarda mülacə olunur.

Nazir bildirib ki, xəstəxanalar üzrə ölüm göstəricisi 0,3 fazi təşkil edir. O.Şirəliyev deyib ki, Azərbaycanda ölüm göstəricisi yüksək olan xəstəliklər ilk növbədə onkologiya, ürək-damar, nevrologiya, travmalardır.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı