
Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzərRos”) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Rusiya Dövlət Dumasının dəlisov vitse-spikeri Vladimir Jirnovskiyə cavab verib.
Modern.az saytı "ANSpress"ə istinadən xəbər verir ki, Abbas Abbasov bildirib ki, "AzərRos" öz həmyerlilərinin hüquqlarının müdafiəsi üçün mübarizə aparacaq.
O, qeyd edib ki, Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin çıxışında cinayət elementləri var. ""AzərRos" Ağsaqqallar Şurasının sədri olaraq, Rusiyadakı azərbaycanlılarının və öz adımdan Vladimir Jirinovskinin ekstremal çıxışı ilə bağlı kəskin təəssüfümü bildirirəm. "AzərRos" belə hərəkətlərin yolverilməzliyini qeyd edir və öz həmyerlilərinin hüquqlarının müdafiəsi üçün mübarizə aparacaq".
A.Abbasov qeyd edib ki, Rusiya ərazisində 600 min Rusiya vətəndaşı olan etnik azərbaycanlı, eləcə də təxminən yarım milyon Azərbaycan vətəndaşı yaşayır. Açıqlamaları ilə Jirinovski nəinki bütövlükdə Azərbaycan xalqının, həm də onun seçiciləri və Rusiya vətəndaşı olan öz vətəndaşlarının hüquqlarını pozub.
"Bunun üçün də biz Jirinovskinin çıxışı ilə bağlı Dövlət Dumasının etika komitəsinə müraciət edəcəyik və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq onun təqibinin təşkil edəcəyik. Jirinovskinin dediyi hər şey düzgün deyil və hər Rusiya və orada məskunlaşan xalqlara qarşıdır. O, əsas məqsədi çoxmillətli Rusiyada xaos və iğtişaş yaratmaq olan ən kəskin təxribatçıdır. Müxtəlif xalqaların milli dəyərlərini təhqir etməklə Jirinovski xalqlararası ədavəti kəskinləşdirir".
"AzərRos" Vladimir Jirinovskinin son kütləvi çıxışları ilə bağlı məhkəmə iddiası ilə RF Baş Prokurorluğuna müraciət etmək niyyətindədir. A.Abbasov qeyd edib ki, o, Rusiyanın Azərbaycan icmasının rəhbəri kimi Jirinovskinin ksenefobiya və insana qarşı nifrətlə bağlı çıxışları barədə qanunvericilik qarşısında məsələ qaldırmaq istəyir.
"Azərbaycanlılar qədim mədəniyyətə malik, sülhsevər və tolerant, onu əhatə edən cəmiyyətin qanunlarına riayət etməyə çalışan xalqdır. Konfutsi haqlı idi: "Ağıllı adamlar illər keçdikcə ağıllanırlar, axmaqlar isə daha da təkmilləşirlər"".
Xatırladaq ki, bir neçə gün öncə Dövlət Dumasında çıxışı zamanı Jirinovski azərbaycanlılar və ukraynalılardan danışıb. O, azərbaycanlı adında bir xalqın əslində mövcud olmadığını deyib.
"Azərbaycan rus dilinə tərcümədə nə deməkdir? Azər-Xəzər dənizi, baca-yəni yer deməkir. Yəni Xəzər dənizinin ətrafında yaşayanlar. Rusca xəzərlilər. Bu millət demək deyil axı. Bu həmin yerdə yaşayan insanlar deməkdir. Yəni necə ki, volqoqradlılar", - deyə Jirinovski deyib.
Modern.az