Martın 22-də 103 saylı Gədəbəy seçki dairəsi üzrə YAP-çı deputat Sevinc Hüseynova Novruz bayramı münasibətilə əsgərlərlə görüşüb. Modern.az-ın məlumatına görə, Gədəbəydəki «N» saylı hərbi hissənin taborunda əsgər və zabitləri təbrik edən millət vəkili S.Hüseynova, onlara çətin və şərəfli xidmət yolunda uğurlar arzulayıb. Deputat həmçinin cəbhə xəttindəki səngərlərə də baş çəkərək, oradakı əsgərlərə də Novruz təbrikləri çatdırıb və bir qrup zabit, gizir, əsgərə hədiyyələr təqdim edib.
Görüş zamanı vətən keşiyində duran əsgər və zabitlərə bayram sovqatları da çatdırılıb. Millət vəkili ilə əsgər və zabitlər arasında vətənpərvərlik mövzusunda söhbətlər aparılıb.
Tədbir musiqili bayram proqramı ilə davam etdirilib. Sonda hərbi hissənin rəhbərliyi təşkil edilmiş bayram tədbirinə görə minnətdarlıqlarını bildiriblər.




Modern.az