Modern.az

Xalq artistinin nitqi tutulub, yaddaşı pozulub

Xalq artistinin nitqi tutulub, yaddaşı pozulub

Təhsil

23 Mart 2014, 18:09

Bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən xalq artisti Ramiz Əzizbəyli evə buraxılıb. 

Bu barədə xalq artistinin həyat yoldaşı məlumat verib. 

O bildirib ki, Novruz bayramı olduğuna görə, həkimlərin razılığı ilə R.Əzizbəylinin bir neçə günlük evə gətiriblər: 

“Artıq Ramiz müəllim evdədir. Müalicəsi bitməyib. Sadəcə, istədik ki, bayramı bizimlə birgə evdə qeyd etsin. İndi yanımızda olmasına baxmayaraq, həkimlərin nəzarətindədir. Bu ayın 27-si onu yenidən Mərkəzi Gömrük Hospitalına yerləşdirəcəyik. Çünki evdə müalicə etdirmək çətindir. Vəziyyəti normaldır. Çətinlik çəkə-çəkə danışır. Bir az yaddaşında problemi var. Suallara cavab verməyə çətinlik çəkir. Həkimlər dedilər ki, yaxşı olacaq. İnanırıq ki, yaxşı olar”.  

Qeyd edək ki, R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Martın 18-dən isə Mərkəzi Gömrük Hospitalında müalicəsini davam etdirirdi. /lent.az/

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı