Modern.az saytı xəbər verir ki, Türkiyə silahlı qüvvələri ölkənin hava məkanına keçən Suriya hərbi təyyarəsini vurublar. Təyyarənin Suriya ilə Samandağ arasındakı yüksəkliyə düşdüyü bildirilir. Təyyarənin Suriya Hava Qüvvələrinə aid olduğu qeyd olunur.
Suriya tərəfi təyyarənin Türkiyə tərəfindən vurulması xəbərinin yalan olduğunu, pilotun paraşutla tullanaraq canını qurtardığını bildiriblər.Suriya Xarici İşlər Nazirliyi Türkiyənin son iki gün ərzində "Kəsəb sərhəd regionunda Suriyanın suverenliyinə qarşı əsassız hərbi təcavüzü Suriyadakı hadisələrdəki iştirakını sübut edir",deyərək məsələyə münasibətini bildirib.
Suriyalı müxaliflər, səhər saatlarında Lazkiyə şəhərinə bağlı Kəsəb sərhəd məntəqəsini ələ keçirmişdi.
Türkiyə baş naziri R.T.Ərdoğan sərhəddə vurulan Suriya təyyarəsi ilə bağlı açıqlama verdi: “Əgər sən mənim sərhəddimi pozsan, bundan sonra bizim zərbələrimiz ağır olacaq. Pilotlarımızı təbrik edirəm”.
Modern.az