Modern.az

Masallıdakı partlayışda 2 nəfər ölüb, 1 məktəbli yaralanıb

Masallıdakı partlayışda 2 nəfər ölüb, 1 məktəbli yaralanıb

Təhsil

23 Mart 2014, 22:49
Masallı rayonunda güclü partlayış baş verib. APA-nın məlumatına görə, hadisə martın 23-də saat 15.50 radələrində rayonun Mahmudavar kəndində qeydə alınıb.

Kənd sakini Bəşir Mizəbala oğlu Əliyevə məxsus dəmir qapılar düzəldilən sexdə kənd sakini, 1964-cü il təvəllüdlü Gülağa Mirzağa oğlu Abdullayev qaynaq işləri apararkən ehtiyatsızlıqdan oksigen balonu partlayıb.
 
Güclü partlayış nəticəsində qaynaqçı ölüb.
 
Partlayış baş verən vaxt yaxınlıqdan keçən kənd sakinləri, 1997-ci il təvəllüdlü İman Füqar oğlu Əliyev və 1997-ci il təvəllüdlü Famil Habil oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən hər iki yeniyetmə 11-ci sinif şagirdidir.

Lakin xəsarət alan Famil Habil oğlu Sadıqov xəstəxanada dünyasını dəyişib.

Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı