Modern.az saytıhəyatınızı daha da asanlaşdırmaq üçün bəzi tövsiyələri və bir-birindən faydalı məsləhətləri sizə təqdim edir.
Alınan 3 dəqiqəlik soyuq duş sizə 40 kalori verdirər.
Boğazınız ağrıyarkən dondurma yemək boğaz üçün zərərli deyil, əksinə soyuq olduğu üçün faydalıdır.
Mədəniz bulanırsa bir qaşıq toz qəhvə yeyin.
Antipersperantınızı səhərlər deyil gecədən sıxsanız, gün ərzində daha az tərləyəcəksiniz.
Əgər dibçəkdəki çiçəklərinizin üstündə böcəklər varsa siqaret külünü bitki köklərinə tökün. Kül böcəkləri zəhərləyərək öldürəcək.
Yumurta qaynadarkən qabıqlarının çatlamamasını istəyirsinizsə, onsa suyun içinə yanmış kibrit atın.
Turşu qoyarkən duzunun normal olduğunu yoxlamaq üçün, suyun içinə zeytun və ya yumurta atın. Əgər batmırsa, deməli duz normadadır.
Əgər hıçqırırsınızsa nəfəsinizi 15 saniyəyə yaxın tutduqdan sonra 3 dəfə udğunun. Az sonra hıçqırığınız kəsiləcək.
İshal olmusunuzsa və əgər mövsümüdürsə təzə nar qabığını suda qaynadıb için. Mövsümü deyilsə qurudulmuş nar qabığı da ola bilər.
Qədəhdəki şərabın keyfiyyətini yoxlamaq üçün ehmalca çalxalayın. Stəkanın ətrafında yaranan qalıq aşağıya doğru nə qədər gec enərsə, şərab o qədər keyfiyyətli sayılır.
Külqabının pis iyi verməsini istəmirsinizsə onu suyla deyil zeytun yağı ilə isladın.
Ütü suyunun içinə bir az ətir sıxsanız paltarlarınızdan mükəmməl qoxu gələcək.
Pişiklərin naftalindən və plastik əşyalardan xoşları gəlmir. Pişiklərin oturmasını istəmədiyiniz yerlərə ya naftalin qoya, ya da neylon çəkə bilərsiniz.
Yediyiniz istiotlu yemək ağzınızı yandırsa su içmək yerinə çörək içi, ya da şirin şey yeməyə çalışın.
Saçlarınızı boyayarkən dərinizə hopan boya ləkələrini təmizləmək üçün südə batırdığınız pambıqdan istifadə edin.
Modern.az