
Rusiya tərəfindən müstəqilliyi elan olunan Krım Respublikasının xanım prokuroru Natalya Poklonskayaya bəstələnmiş mahnı sosisal şəbəkələrdə sürətlə izləyici yığır.
Xatırladaq ki, hal-hazırda Ukrayna Baş prokurorluğu Natalyaya qarşı cinayət işi açıb. Hesab olunur ki, onun bu vəzifəyə təyin olunması qeyri-qanuni xarakter daşıyır.
Lawreform.az xəbər verir ki, Cinayət işi Ukrayna Cinayət Məcəlləsinin 109-cu - “konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və devrilməsinə, dövlət hakimiyyətinin ələ keçirilməsinə yönələn hərəkətlər” maddəsinə əsasən açılıb. Şevçenko rayon məhkəməsi artıq xanım prokurorun həbsi barədə qərar da çıxardıb.
Bu məlumatı öz şəxsi “twitter” hesabından Natalya Poklonskaya da təsdiqləyib.
Qeyd edək ki, Poklonskaya əvvəllər 2 il ərzində Ukraynan Baş prokurorluğunda işləyib. Sonradan vəzifəsindən istefa vermiş, səbəb kimi isə, orada işləməyi “özünə ayıb bildiyini” göstərmişdi. Onun Krımın prokuroru təyin olunması haqqında qərar çıxdıqdan sonra, Natalya Poklonksya bu vəzifəni süurlu şəkildə qəbul etdiyini və belə bir mühüm postun ona həvalə olunmasını fəxarət hissi ilə qeyd edib. Daha sonra xanım prokuror söz verib ki, o, əlindən gələni edəcək ki, bundan sonra Krım daha da inkişaf etsin və çiçəklənsin.