Modern.az

Britaniyalı qonaqlar Bakı Ali Neft Məktəbində olub

Britaniyalı qonaqlar Bakı Ali Neft Məktəbində olub

Təhsil

1 Aprel 2014, 17:51

Modern.az xəbər verir ki, Böyük Britaniyanın Aberdin Universitetinin Beynəlxalq əlaqələr və tələbə qəbulu üzrə əməkdaşı Devid Stoll və Robert Qordon Universitetinin Korparativ inkişaf üzrə əməkdaşı Reni Raper Bakı Ali Neft Məktəbində olublar.

E.Qasımov qonaqlara Bakı Ali Neft Məktəbinin fəaliyyət strategiyası haqqında ətraflı məlumat  verib: “İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu təhsil islahatlarının başlıca məqsədi müasir təlim və tədris texnologiyalarına yiyələnərək, ölkəmizin təhsil sistemini ən yüksək səviyyədə inkişaf etdirmək və beynəlxalq standartlara cavab verən yüksəkixtisaslı kadrları məhz öz ölkəmizdə yetişdirməkdir. Bakı Ali Neft Məktəbinin yaranması və qısa zaman ərzində yüksək nailiyyətlər əldə etməsi bu istiqamətdə aparılan işlərin bariz nümunəsidir.”.

Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən E.Qasımov bildirib  ki, bu ali təhsil ocağının hazırladığı yüksəkixtisaslı kadrlar artıq transmilli şirkətə çevrilmiş ARDNŞ-də , eyni zamanda BP, Total, Statoil və s. bu kimi şirkətlərdə fəaliyyət göstərəcəklər.

Görüş çərçivəsində rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini də qeyd edib. Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. E. Qasımov Böyük Britaniyanın Aberdin və Robert Qordon universitetlərinin mühəndislik ixtisasları üzrə dünyanın ən güclü ali təhsil müəssisələrindən olduğunu, müxtəlif təhsil və tədris proqramları çərçivəsinədə bu universitetlərlə əməkdaşlıq etməyin məqsədə uyğun olduğunu vurğulayıb.

Daha sonra Bakı Ali Neft Məktəbi ilə Aberdin və Robert Qordon universitetləri arasında gələcək əməkdaşlığın perspektivləri və birgə fəaliyyət istiqamətləri ətrafına müzakirələr aparılıb.

 

 

  Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı