Modern.az

Ermənistanda Azərbaycandan gedən ailəyə siyasi sığınacaq verildi

Ermənistanda Azərbaycandan gedən ailəyə siyasi sığınacaq verildi

Təhsil

6 Aprel 2014, 18:48

Azərbaycandan gedən ailəyə Ermənistanda siyasi sığınacaq verilib. Moden.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Eranyan məlumat verib. Qeyd edək ki, bu il yanvarın 29-da Ermənistan-Gürcüstan sərhədindəki “Baqrataşen” gömrük məntəqəsinə Bakıda yaşayan 1976-cı il təvəllüdlü Cavid Orucov həyat yoldsaşı və üç uşağı ilə birgə müraciət edərək siyasi sığınacaq istəyib. Orucov bu addımın səbəbini vətənində təqib olunması ilə izah edib. O, hətta iddia edib ki, erməni əsilli Röya Mirzəyeva ilə ailə qurduğu üçün guya xüsusi xidmət orqanları ona təzyiq ediblər. Ancaq sonradan Orucovun anasının Azərbaycan KİV-nə müsahibələrindən məlum olub ki, oğlu heç də təzyiqlərə görə bu addımı atmayıb.

             

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı