Bu gün Topaz Premyer Liqada 29-cu tura yekun vurulub.
Modern.az saytının xəbərinə görə, son oyun günündə daha iki qarşılaşma baş tutub. Günün ilk matçında "Neftçi" və "Bakı" komandaları üz-üzə gəlib. Görüş "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tura Zaqatalada keçirilən "Simurq" - "İnter" matçı ilə yekun vurulub. Oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.Modern.az