Modern.az

NATO qapılarını rus diplomatlara bağladı

NATO qapılarını rus diplomatlara bağladı

Təhsil

8 Aprel 2014, 00:42

Rusiya diplomatlarının NATO-nun Brüsseldəki mənzil qərargahına girişinə qadağalar qoyulub.

Məlumata  görə aprelin 8-dən etibarən Rusiya missiyasının nümayəndələri adi ziyarətçilərlə eyniləşdiriləcək və giriş üçün onlardan alyansın xüsusi buraxılış vərəqəsi tələb olunacaq.  

 Yalnız Rusiya səfiri, missiya rəhbərinin müavini və iki əməkdaşın istisna səlahiyyətləri olacaq. Bu addım təşkilatın xarici işlər nazirlərinin qərarının nəticəsidir. Onlar Ukrayna ətrafında cərəyan edən hadisələrlə bağlı Rusiya ilə mülki və hərbi sahələrdə bütün əməkdaşlığa xitam verilməsinə səs veriblər 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?