Donetskdə Təhlükəsizlik Xidməti İdarəsinin binası qiyamçılardan təmizlənib. Bunu Ukraynanın milli təhlükəsizlik və müdafiə şurası katibinin müavini Viktoriya Syumar İCTV telekanalının efirindən bildirib. O deyib ki, binanın boşaldıldığı barədə məlumatı Ukrayna prezidentlərinin səlahiyyətlərini icra edən Aleksandr Turçinovdan alıb. "Donetskdə TXİ-nin binası azad edilib. Allaha şükür, tələfat olmayıb".
Xatırladaq ki, dünən Donetskdə Rusiyameylli qiyamçılar bir neçə dövlət orqanının binasını ələ keçiriblər. /musavat.com/Modern.az