"Ukraynanın Donetsk vilayətinə Rusiya sülhməramlıları yalnız BMT Təhlükəsizlik Şurasının icazəsi ilə girə bilər".
Bu barədə Rusiya Federasiyasının müdafiə və təhlükəsizlik komitəsinin başçısı Viktor Ozerov bildirib.
Ozerov vurğulayıb: “Cənubi Osetiya və Abxaziya ərazisinə sülhməramlı kontingentin daxil edilməsi nümunələri var, amma bu, MDB çərçivəsində olub. Sadəcə, bizim sülhməramlıları götürərək yerli hakimiyyətin çağırışı ilə Donetskə göndərmək beynəlxalq prinsiplərə və normalara zidd olardı”./anspress/