Modern.az

Pentaqon: "ABŞ hərbi gəmisi Qara dənizə istiqamət alıb"

Pentaqon: "ABŞ hərbi gəmisi Qara dənizə istiqamət alıb"

Təhsil

8 Aprel 2014, 01:39

Bu gün Ağ Ev Ukraynada  baş verən hadisələrlə bağlı bəyanat açıqlayıb. "Bizdə tutarlı sübutlar var ki, Ukraynanın 3 şəhərində hökumət binalarını ələ keçirən Rusiya tərəfdarı nümayişçilər yerli sakinlər deyil, onlar bu hərəkəti pul müqabilində həyata keçirən kənar şəxslərdir" - deyə bəyanatda bildirilir.

Ağ Evin sözçüsü jurnalistlərə bildirib ki, Obama administrasiyası Rusiyaya Ukraynanın şərqinə müdaxiləyə son qoymalı olduğunu deyib və Moskva cağırışa əməl etməyəcəyi təqdirdə sanksiyaların daha gücləndiriləcəyini bildirib.

Sözçü deyib ki, Rusiya Ukraynanın şərqində gizli və ya aşkar şəkildə fəaliyyətlərini genişləndirsə, bu, ciddi provokasiya kimi qiymətləndiriləcək.

Bugün ABŞ dövlət katibi Con Kerri rusiya həmkarı Sergey Lavrovla Ukrayna barədə danışıq aparıb. Kerri Lavrova deyib ki, Ukrayanın şərqindəki hadisələrin spontan şəkildə baş vermir.

Bu arada bu gün Pentaqon təsdiq edib ki, ABŞ hərbi dəniz gəmisi regiondakı avropalı müttəfiqlərə dəstək vermək üçün Qara dənizə istiqamət alıb. Gəminin bir həftə içərisində Qara dənizə çatması gözlənilir.

Modern.az 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı