Rusiyada nəşr edilən “Drujba narodov jurnalı növbəti sayında (№3, 2014) yenidən “Azərbaycan mövzusu” ilə gündəmə gəlib. “Mənim Aydan Salahovam” adlı yazı tanınmış rəssam Tahir Salahovun qızına həsr olunub.
“Azərbaycandan olan bir çox rəssamlarla əlaqələrim olub. Artıq dünyasını dəyişmiş Toğrul Nərimanbəyov, Fərhad Xəlilov, hamının tanıdığı, ehtiram göstərdiyi Tahir Salahov və Rauf Məmmədov”, – deyə müəllif Tatyana Nazarenko qeyd edib. Daha sonra o, A. Salahovanın yaradıcılığını səciyyələndirir. T. Nazarenkonun məqaləsi ilə yanaşı, “Drujba narodov” jurnalı Aydan Salahobamın üç heykəlinin illüstrasiyasını da dərc edib.
Qeyd edək ki, məqalə müəllifi olan T. Nazarenko Rusiya Federasiyasının əməkdar rəssamı, dövlət laureatı, Rusiya İncəsənət Akademiyasının həqiqi üzvü və professorudur.
Modern.az