Modern.az

Sosiskanın içərisindən çıxan qurd yox, kağız parçasıymış - RƏSMİ MƏLUMAT

Sosiskanın içərisindən çıxan qurd yox, kağız parçasıymış - RƏSMİ MƏLUMAT

Təhsil

8 Aprel 2014, 11:53


“Şikayətçi dünən komitəyə dəvət olundu. O, ANS-də çalışan Azər Məmmədovun  yoldaşıdır. Xanım sosiskanı səhər yeməyi üçün yoldaşına bişirərəkən belə xoşagəlməz halla rastlaşdığını bildirdi”.

Bunu Modern.az saytına Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib: “Həm də sevindiricidir ki, bu, media nümayəndəsinin başına gəlib. Digər bir insan belə halla qarşılaşdığı təqdirdə məsələ bu qədər ictimailəşmməyə də bilərdi. Yalnız düşünürəm ki, şikayətçi nəticəyə nail olduqdan sonra bunu ictimailəşdirsəydi daha yaxşı olardı. Hər halda şikayətçi dilinə qurd sözünü gətirmədi belə. “Qurd” sözü ilk dəfə Facebook sosisal şəbəkəsində səsləndi. Müəyyən olundu ki, sosiskanın içərisindəki yad cisim qaralmış kağız parçasıdır. İkinci tərəfdən, bu sosiskanın tərkibi yoxlanmaq üçün laboratoriyaya təqdim olunub. Yalnız laboratoriya nəticəsindən sonra bilinəcək ki, həqiqəqətən ”Səhliyalı” şirkətinin məhsuludur, ya yox. Sosiskanın içərisindən qurd çıxması iddiası sadəcə bəzi jurnalistlərin uydurmasıdır. Bu, yerli məhsulumuza qarşı məqsədli təxribatdır”.

Komitə rəsmisi bildirib ki, həmin yad cismin sosiskanın içərisinə necə düşməsi üçün şirkətdə qurulan təhlükəsizlik kameraları araşdırılır:

““Səhliyalı” şirkətində hazırlanma prosesi avtomatlaşdırılmış qaydada, yüksək texnologiyalara əsasən həyata keçirilir. Yəni heç bir insan müdaxiləsi mümkün deyil. Ora yad cismin düşməsi isə hər hansı bir müdaxilənin nəticəsində ola bilər.

Əgər məhsulun həqiqətən həmin şirkətə məxsus olması sübuta yetirilərsə, müvafiq qurumlar tərəfindən ölçü götürüləcək. Ehtimallar araşdırılır. Nəticəsi ictimaiyyətə çatdırılacaq. Bir daha vurğulamaq istəyirəm ki, bu Azərbaycan istehlakçısını yerli məhsulu almaqdan çəkindirmək üçün atılan bir addımdır ”.

Gülşən Raufqızı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı