Modern.az

Sabahdan Qiymətləndirmə Şurası dərsliklərin monitorinqinə başlayır

Sabahdan Qiymətləndirmə Şurası dərsliklərin monitorinqinə başlayır

Təhsil

8 Aprel 2014, 12:33


Təhsil Nazirliyinin Qiymətləndirmə Şurası sabahdan etibarən dərsliklərin qiymətləndirilməsinə başlayır. Modern.az-ın məlumatına görə, bunu nazirliyin tədris şöbəsinin müdir müavini Əsgər Quliyev bu gün keçirilən tədbirdə deyib. O bildirib ki, Şura üzvləri ölkənin müxtəlif bölgələrindən seçilməklə yeni tərkibin formalaşdırılması ilə bağlı ötən il müsabiqə elan edilib

Ə. Quliyevin sözlərinə görə, 7-8-ci siniflərin dərslikləri hazırdır: “İndiyə qədər dərsliklər tədris ili başlayanda hazır olurdu və müəllimlər onunla tanış ola bilmirdi. Bu il iki dərslik sifariş verilib və tədris ili başlamadan məktəblərə göndəriləcək. 8-ci sinif dərslikləri sınaq üçün pilot məktəblərə veriləcək. Növbəti ildə ən azı iki ay əvvəl dərsliklər müəllimlərin istifadəsində olacaq. Ötən il 22 adda dərslik hazırlanmalı idi, artıq onlar hazırdır və şura üzvləri sabahdan onların qiymətləndirilməsinə başlayacaq”.

Nazirlik rəsmisi bildirib ki, Şura üzvləri arasında hər fənn üzrə mütəxəssis var və fənlər üzrə qruplar yaradılıb. “Həmin qruplar müəllimlərlə birlikdə dərsliklərin monitorinqini aparacaq”.

Ə. Quliyev 5-ci siniflərdəki ədəbiyyat dərsliyindəki problemlərdən də danışıb. “TQDK monitorinqlər keçirib və nəticələr nəşriyyatlara təqdim edilib”.

 

Namidə Bingöl

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı