Modern.az

Ağdaban soyqırımının 22-ci il dönümündə dünya dövlətlərinə müraciət qəbul olundu

Ağdaban soyqırımının 22-ci il dönümündə dünya dövlətlərinə müraciət qəbul olundu

Təhsil

8 Aprel 2014, 12:40


Modern.az xəbər verirr ki, bbu gün “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Ağdaban faciəsinin 22-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib. Tədbirdə şair Cabir Umudun “Burda bir kənd vardı” Ağdaban qətliamı adlı poemasının təqdimatı oldu. Tədbir iştirakçıları Beynəlxalq təşkilatlara müraciət təqdim etdilər.

Tədbir zamanı “Aşıq Şəmşir” mədəniyyət Oçağı ictimai birliyinin sədr müavini Həbib Misirov qeyd etdi ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərində qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Tarixən Azərbaycan xalqının başına gətirilən genosid əməlləri tarixin qaranlıq səhifələrindən üzə çıxarılır, barələrində açılmış cinayət işləri ilə öz hüquqi dəyərini qazanır.

1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni quldurları xalqımızın başına növbəti bir faciə gətirdilər. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verildi, 33 nəfər qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfərə ağır bədən xəsarəti yetirildi. Bu bir kəndin sakinlərinə tutulmuş amansız və insanlıq adına sığmayan divan idi.

Erməni separatçıları mədəni irsimizə qarşı törətdikləri vandalizm siyasətinin davamı olaraq Azərbaycan ədəbiyyatına misilsiz töhvələr vermiş Ağdabanlı şair Qurbanın və onun oğlu klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmalarını yandırıb məhv etdilər.

Şair Məmməd Aslanın bildirdi ki, Kəlbəcərin Ağdaban kəndi erməni separatçıları tərəfindən qətliama uğradıqdan sonar istedadlı şairimiz Cabir Umud bəşərin görmədiyi müsibət haqqında son dərəcə təsirli “Burda bir kənd vardı” adlı poemasını yazıb. Bu gün həmin kitabın təqdimetmə mərasimi keçirildi. Kəlbəcər həsrətləri millətimizin oğul və qızları, ümumiyyətlə sinəsidağlı insanlar bu kitabın təqdimetmə mərasiminə yığışıblar. Kitab istər vətəndaş unutqanlığı qarşısında bir haraydı, istərsə də dünyanın sülhsevər qüvvələrinin fikir və düşüncələrinə xitab etmək cəhətdən gərəklidir. Ədəbi tonqal mahiyyətində bir yaddaş vasitəsidir.

Tədbirdə Əlövsət Ağalarov, Vəliyəddin İsmayılov, Nəriman Oçaqlı, şairlər Nəsib Nəbioğlu, Adil Cəmil və digərləri faciə haqqında öz fikirlərini bildirdilər. Qeyd etdilər ki,  Ağdaban faciəsi bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri kimi canlı şahidlərin yaddaşında silinməz izlər qoyub. Azərbaycanın gözəl guşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının “Böyük Ermənistan” yaratmaq xülyası ilə  Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımı bu gün bütün dünya tanınmalıdır. Çünki, bu faciədə günahsız qocaların, körpə və qadınların ən qəddarlıqla güllələnməsi, əsirlərin başının dərisisnin soyulması, dırnaqlarının qoparılması, meyitlərin gözünün çıxarılması, qulaqlarının kəsilməsi, bir sözlə insanlığın vəhşicəsinə məhvinə yönəlmiş hərəkətlərin edilməsi faktları bu gün də təzədir. Dünya tarixində özünəməxsus rol oynamış xalqımızın tarixi yenidən yazılaraq beynəlxalq ictimaiyyətə təqdim edilir. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım əməlləri də tarixin açılmamış səhifələrindən biridir. Tariximizi öyrənmək və onu gənc nəslə öyrətmək bizlərin üzərinə düşən ən böyük məsuliyyətdir. Bu tədbir gənclərimizin Ağdaban faciəsinə göz yaşları ilə deyil, qəhrəmanlıq tarixi və bir dərs kimi baxması, belə hadisələrin dünya ictimaiyyətinə hərtərəfli şəkildə çatdırılmasında onlara yardımçı olmaq missiyası daşıyır.  

 

Xatırladaq ki, 1992-ci ildə aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri Kəlbəcər rayonunun Ağdaban kənd sakinlərinə qarşı soyqırım törədiblər. Kəlbəcər  rayonunun 130 evdən ibarət kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılmış, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işkəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə isə ağır bədən xəsarəti yetirilib.

 

 

Ulduz İBRAHİMOVA

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı