Modern.az

Nazirlik arvadını öldürən iki kişi barədə məlumat yaydı

Nazirlik arvadını öldürən iki kişi barədə məlumat yaydı

Təhsil

8 Aprel 2014, 14:37

Daxili İşlər Nazirliyi arvadını qətlə yetirən kişi barədə məlumat yayıb. Bildirilib ki, aprelin 7-də Sumqayıt şəhəri ərazisində Həbib Həbibov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində arvadı Nənəxanım Həbibovaya güldanla baş nahiyəsindən xəsarət yetirib.

N.Həbibova hadisə yerində ölüb.

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Həbibov tutulub.

***
Digər məlumata görə, aprelin 7-də Daşkəsən rayonunun Bayan qəsəbəsi ərazisində yerləşən “Bahar” yeməkxanasında rayon sakini Rəşad Məmmədov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətində olduğu Füzuli rayon sakini Tünzalə Babayevanı boğub və bıçaqla xəsarət yetirib.  T.Babayeva hadisə yerində ölüb.

R.Məmmədov könüllü olaraq Nizami (Gəncə) RPİ-yə gələrək təslim olub.

Hadisəni törətdikdən sonra zəhərləyici maddə qəbul etmiş R.Məmmədovun səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib.


Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı