Modern.az-ın məlumatına görə, bu gün “Azərfon” MMC şirkəti “Nar mobile” ticarət markası altında “Nar Donor” sosial layihəsinə dair tədbir keçirib. Layihənin məqsədi qan donorluğuna ehtiyac duyan yüzlərlə insan olduğunu nəzərə alaraq ictimai diqqəti bu məsələyə yönəltməkdir. Simvolu “Android” telefonlarına bir-birindən enerji ötürən xüsusi kabel olan layihə çərçivəsində 8-15 aprel tarixləri arasında qanköçürmə məntəqələri yaradılacaq və insanlara bu barədə məlumat veriləcək.
“Azərfon” MMC şirkətinin baş icraçı direktoru Kent Mankili tədbirin açılışında deyib ki, belə bir layihənin üzərində işlədikləri üçün çox şaddır. “Qan donorluğu və qan vermək çox önəmlidir. Təkcə Azərbaycanda deyil, bütün dünyada bu belədir. Dünyanın müxtəlif yerlərində insanların qana ehtiyacı olur”. Beynəlxalq Talassemiya Assosasiyası İdarə Heyətinin üzvü Nailə Quliyeva qan problemləri ilə hamının üzləşəcəyini dilə gətirərək belə bir layihənin böyük əhəmiyyət daşıdığını vurğulayıb. “Hər il qana olan tələbat artır və hər bir vətəndaş öz dəstəyini göstərməlidir”.Qeyd edək ki, qan vermə aksiyası ilə bağlı məlumat “Nar mobile” istifasəçi ünvanlarına mütəmadi olaraq çatdırılacaq.
Rafiq Qənbərov