Modern.az

Kamal Kılıçdaroğlu döyüldü - YENİLƏNİB

Kamal Kılıçdaroğlu döyüldü - YENİLƏNİB

Təhsil

8 Aprel 2014, 15:48

Türkiyənin əsas müxalifət lideri - Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Böyük Millət Məclisində qrup yığıncağına girərkən bir şəxsin yumruqlu hücumuna məruz qalıb.

Modern.az
saytı Türkiyə KİV-nə istinadən bildirir ki, iki yumruq zərbəsi alan Kılıçdaroğlunun eynəyi də yerə düşüb. 

Məlumatda qeyd edilir hücumun ardından qalmaqal yaranıb. Təcavüzkarın orta boylu olduğu bildirilir. Məclisdəki polis təcavüzkarı saxlayıb, məsələni araşdırılar.

CHP lideri hücuma məruz qalmasına baxmayaraq tribunaya çıxaraq fikirlərini söyləyib:

“Hər kəsi sükunətə dəvət edirəm. Demokratiya yolu maneələrlə doludur. Bu CHP liderinə edilən ilk hücum deyil. Rəhmətlik İsmət İnönüyə də daşlar atıldı, başı yarıldı, hücumlar təşkil edildi. Amma bir tək hədəfimiz var, bu ölkəyə sağlam bir demokratiyanı ya gətirəcəyik, ya gətirəcəyik.
Təzyiqlər, şiddət, bunlar bizi maneə törədə bilməz. Biz heç kimin qarşısında diz çökməmiş ənənədən gəlirik. Biri yumruq atacaq, biz geri addım atacağıq, əsla atmayacağıq, inanclarımızdan əsla imtina etməyəcəyik”.

Kamal Kılıçdaroğluna hücum edən adamın ərzurumlu Orxan Ö. olduğu iddia edilib.

Təcavüzkar ilk ifadəsində, “CHP qrupuna gəldiyimi söyləyərək Məclisə daxil oldum. Yumruqlamağı düşündüm, ona görə gəldim. Girişini gözlədim, fürsət düşən kimi yumruğu atdım, - deyib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı