Modern.az

MSK üzvü Ədliyyə Nazirliyini məhkəməyə verdi

MSK üzvü Ədliyyə Nazirliyini məhkəməyə verdi

Təhsil

8 Aprel 2014, 16:18

MSK üzvü Akif Qurbanovun sədri olduğu Demokratik Təşəbbüslər İnstitutu (İDİ) Ədliyyə Nazirliyini məhkəməyə verib. Bu barədə İnstitut artıq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
“Buna səbəb 3-cü dəfə müarciət etməsinə  baxmayaraq Nazirliyin növbəti dəfə  əsassız olaraq, siyasi səbəblərdən dolayı təşkilatı qeydiyyata almaqdan imtina etməsidir”-deyə Demokratik Təşəbbüslər İnstitutu  Modern.az-a göndərdiyi məlumatda bildirib.

Məlumata deyilir ki,  təşkilatın sənədləri peşəkar hüquqşünaslar tərəfindən 3-cü dəfə hazırlanaraq Ədliyyə Nazirliyinə göndərilib. Araşdırmalar göstərib ki, nazirliyin bundan əvvəl də təşkilatın sənədlərini geri qaytarmasına heç bir hüquqi əsas olmayıb. Məslənin mahiyyəti barədə yaxın vaxtlarda ictimayyətə geniş məlumat veriləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı