Modern.az

Müəllif Hüquqları Agentliyinin şöbə müdiri işdən azad edilib

Müəllif Hüquqları Agentliyinin şöbə müdiri işdən azad edilib

Təhsil

8 Aprel 2014, 18:00

Müəllif Hüquqları Agentliyinin (MHA) Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayət Həsənli yeni vəzifəyə təyin olunub. Artıq o, Kənd Təsərrüfatı Nazirliyində hüquq, kadr və yerli orqanlarla iş şöbəsi müdirinin müavini vəzifəsini tutur.

Virtualaz.org-un yaydığı xəbəri Müəllif Hüquqları Agentliyindən Modern.az-a təsdiqləyiblər.

“Bəli, Xudayat Həsənli agentliyimizin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib. Hələlik onun yerinə heç kim təyin olunmayıb”-deyə MHA-dan Modern.az-a bildirilib.

Xudayat Həsənli əvvəllər  “Azərbaycan gəncləri” qəzetinin şöbə müdiri olub. MHA-ya keçənə qədər isə Maliyyə Nazirliyində və Nazirlər Kabinetində məsul vəzifələr tutub.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı