Modern.az saytı xəbər verir ki, səfər İran prezidenti Həsən Ruhaninin dəvəti əsasında həyata keçiriləcək.
İlham Əliyev və H. Ruhaninin səfər çərçivəsində ikitərəfli münasibətlərin genişləndirilməsi və sürətlənməsi ,regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparacağı bildirilir.Azərbaycan prezidenti aprelin 9-da Səədabad tarixi-mədəni kompleksində iranlı həmkarı tərəfindən rəsmi şəkildə qarşılanacaq.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəmin dediyinə görə, 2 ölkə arasında münasibətlər və müzakirələr qədim bağlar, tarixi, mədəni və dini ortaqlıqlara əsasən geniş olduğuna görə inkişaf üçün xeyli sahələr var: “Azərbaycan prezidentinin İrana səfəri zamanı imzalanması planlaşdırılan sənədlər artıq hazırdır. Hər iki ölkənin prezidenti regional məsələlər barədə də fikir mübadiləsi aparacaq. Bu görüşdə İranla Azərbaycanın dostluq və qardaşlıq sahəsində irəliyə doğru bir addım atacağına ümidvarıq. Azərbaycan prezidentinin İrana səfəri iki ölkə arasında münasibətlərin genişləndirilməsi və sürətləndirilməsi üçün başlanğıcdır".
Modern.az