Modern.az saytı Azadlıq Radiosuna istinadən xəbər verir ki, Sumqayıtda sərnişin avtobusu ilə yük maşının toqquşması 1 nəfərin ölümünə, 25 nəfərin yaralanmasına səbəb olub.
Sumqayıt şəhər Polis İdarəsindən bildiriblərki, hadisə aprelin 8-i saat 17 radələrində Sumqayıt Texnologiya Parkının yaxınlığında baş verib.
3 saylı xətt üzrə hərəkət edən «Daewoo» markalı sərnişin avtobusu «Shackman» markalı yük avtomobili ilə toqquşub.
Sumqayıt şəhər Xəstəxanasının travmatologiya şöbəsindən bildiriblər ki, xəstələrin əksəriyyətinin vəziyyəti ağırdır. Avtobusun sürücüsü Ramiz Muradov xəstəxanada keçinib.