ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik Pasxa xristianların Pasxa bayramında Qarabağ münaqişəsinin həlli üçün dualar etdiyini bildirib. Modern.az xəbər verir ki, amerikalı həmsədr özünün rəsmi twitter səhifəsində bu barədə qeydlər edib. C. Uorlik yazıb ki, Pasxa bayramında Qarabağ probleminin tənzimlənməsində ötrü dualar edir. O, konfliktin həlli üçün variantlar axtarmağın vacibliyinə də toxunub. “ABŞ problemin həllinə necə kömək edə bilər? Biz bir yol tapmalıyıq”,-deyə Minsk Qrupunun rəsmisi bildirib.
Modern.az