Modern.az

“Nida”çı gənclərin valideynləri aclıq aksiyası keçirir - FOTOLAR

“Nida”çı gənclərin valideynləri aclıq aksiyası keçirir - FOTOLAR

Təhsil

21 Aprel 2014, 10:58

“Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvlərinin valideynləri aprelin 20-də Müsavat Partiyasının Bakıdakı mərkəzi qərargahında aclıq aksiyasına başlayaraq övladlarının azadlığa buraxılmasını tələb edirlər.

Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çı gənclər partlayıcı maddə əldə etmə, kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırılıblar.
Onlar hazırda Bakı İstintaq Təcridxanasında saxlanılırlar.
Aprelin 17-də “Nida işi” üzrə keçirilən məhkəmədə prokuror təqsirləndirilən 8 nəfərə 6 il 6 aydan 8 il 6 ayadək həbs cəzası istəyib.
Prokuror gənc fəallardan Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib.

İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Gənclərin bir neçəsinə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da verilib.

Qeyd edək ki, Z. Qurbanlının anası Səkinə Qurbanova, Rəşadət Axundovun anası Mətanət Axundova, Şahin Novruzlunun anası Mehparə Novruzova aclıq aksiyasına başlayıblar.











Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı