Modern.az

Deputat Rauf Əliyev həmkarının müdafiəsinə qalxdı: “Kotlet müzakirəsini bitirin!”

Deputat Rauf Əliyev həmkarının müdafiəsinə qalxdı: “Kotlet müzakirəsini bitirin!”

Təhsil

21 Aprel 2014, 11:29


“Hər bir insan kimi Siyavuş Novruzov da səhv edə bilər”. Bunuı Modern.az-a deputat Rauf Əliyev bildirib.
“Bu gün Siyavuş Novruzovu cəmiyyətdə tanımayan insan yoxdur. O, xalqına, millətinə, dövlətçiliyə bağlı bir insandır. Neçə ildir ki, siyasətlə məşğuldur. Həm daxili, həm də beynəlxalq aləmdə öz sözünü, Azərbaycan xalqının sözünü deyir. İndi hansısa səhv sözə görə bunu qınamaq nəyə lazımdır?!”.
 
“Bu gün Azərbaycanda o qədər problem var ki, onları müzakirə etmək əvəzinə, Siyavuş Novruzovu hədəfə götürmək düzgün deyil. Sosial şəbəkələrdə onları müzakirə etmək lazımdır. Siyavuş Novruzov dostum, həmkarımdır. O öz faydalı fəaliyyətini davam edəcək və mən də həmkar kimi həmişə onun yanındayam”, – deyə deputat əlavə edib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzovun parlamentin 18 aprel iclasında “Molotov kokteyli” ifadəsi əvəzinə “Molotov kotleti” ifadəsini işlətməsi sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

Ulduz İBRAHİMOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı