Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata götə, aprelin 22-də Bakıda və Abşeron yarımadasında havanın əsasən buludlu, keçəcəyi, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacaq. Mülayim şimal-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-13, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 22-də bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlıq ərazilərdə gecə 3-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək.