Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respulikasının daxili işlər naziri Əhməd Əhmıədun qardaşının öldüyü hadisə barədə məlumat yayıb.
Modern.az saytı xəbər verir ki, DİN-in məlumatına görə, aprelin 19-da saat 21 radələrində Şərur rayonu Püsyan kəndinin ərazisində Tumaslı kənd sakini Abbas Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş A.Əhmədov və sərnişini Mehdi Mahmudov aprelin 20-də orada ölüblər.
Qeyd edək ki, mərhum Abbas Əhmədov Naxçıvan daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır.
Modern.az