"Azərsu" ASC Nobel prospektində yolun çökməsinin kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirilməsinə etiraz edib. Modern.az-ın məlumatına görə, bu barədə açıqlamasında "Azərsu"yun mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, olun çökməsini kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirmək hələ tezdir.
“"Azərsu" ASC-nin əməkdaşları hadisə yerində araşdırma aparır, indiyə qədər kollektorda hər hansı sızmanın baş verməsi təsdiqlənməyib. Həm çökmüş ərazidən əvvəl, həm də sonrakı quyuya baxış keçirilib və kanalizasiya kollektorunda hər hansı ciddi nasazlıq müşahidə olunmayıb. Hazırda kollektorda suyun səviyyəsi yüksək olduğundan onu içəridən yoxlamaq mümkün deyil. Kollektorda çirkab suların səviyyəsi aşağı düşdükdə xətt daxildən yoxlanacaq və yalnız bundan sonra dəqiq nəsə demək mümkün olacaq...”.
Qeyd edək ki, bu gün səhər 8:00 radələrində Bakının Nobel prospektində yolun şəhər istiqamətinə gələn hissəsində çökmə baş verib.

