Modern.az

Yuşşenko memuarının prezentasiyasını keçirib

Yuşşenko memuarının prezentasiyasını keçirib

Təhsil

21 Aprel 2014, 14:43


Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko beynəlxalq “Kitab arsenalı” festivalı çərçivəsində öz memuarının prezentasiyasını keçirib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, keçmiş dövlət başçısı kitabında öz prezidentliyindən və işlədiyi insanlardan, eləcə də indi siyasi arenada görünən Pyotr Poroşenkodan  bəhs edib. Sən demə, indiki prezidentliyə namizəd seçkilərlə bağlı Yuşşenko ilə məsləhətləşib: “10-12 gün əvvəl söhbətimiz olub. Söhbət taktikanın necə seçilməsi, kimlərlə birləşmək lazım olduğundan gedib. Mən hesab edirəm ki, kim daha böyük həmrəylik nümayiş etdirsə, qalib olacaq”.

O, özünün prezidentliyini də xatırladıb və Viktor Yanukoviçə niyə ikinci şans verildiyindən, onun Ukraynanın baş naziri olmasından söhbət açır: “Bilirsiniz, Yuşşenko nə edib? Düzgün seçki keçirib. Mənim “günahım” budur. Qalan hər şey sizin əlinizdə idi: sizin kimə simpatiyanız olub, siz namizədlərə qarşı necə köklənmişdiniz. Gəlin, səs verməyi yox, seçməyi öyrənək. Mən prezident kimi Konstitusiyaya əməl etmişəm, düzgün, qanuni seçkilər keçirilib, heç kim məni saxta protokolları imzaladığıma görə məzəmmət etməyib. Mən bunu etməmişəm. Bununla qürur duyuram. Düşünürəm ki, bu 20 il ərzində yeganə düzgün seçkilər idi”.

 

 

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı