Modern.az

MDHP “Sürgündə Güney Azərbaycan Parlamenti”ni dəstəklədi

MDHP “Sürgündə Güney Azərbaycan Parlamenti”ni dəstəklədi

Təhsil

21 Aprel 2014, 14:46


Məlum olduqu kimi, 15 Mart 2014-cü ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində bir qrup Güney Azərbaycan fəalı bir araya gələrək, “Sürgündə Güney Azərbaycan Parlamenti”-nin yaradılmasına təşəbüs göstəriblər.

Modern.az xəbər verir ki, Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamenti olaraq bu təşəbbüsün müsbət yönləriylə yanaşı, səhv məqamları olduğunu da vurğulayıb. Açıqlamada deyilir:

"Nüfuzu 40 milyonu ötən bir xalqın adından tələm tələsik və demək olar ki, bir çox Güney Azərbaycan qurum və quruluşların, xaricdə və daxildə olan milli hərəkat fəallarının heç bir məlumatı olmadan və münasibətini öyrənmədən “Sürgündə Güney Azərbaycan Parlamenti” yaratmaq qərarına gəlmək bütün demokratik dəyərlərə tam ziddir. Bu günə qədər müxtəlif təşkilatlar və fərdlər tərəfindən belə bir parlamentin yaradılması dəfələrlə gündəmə gətirilib lakin, milli fəallar arasında həmrəyliyin olmaması bu təşəbüslərin gerçəkləşməsinə imkan verməyib. Ancaq, bu gün bölgədə gedən proseslər, Güney Azərbaycanda milli oyanışın tam yetginliyi beynəlxalq arenada Güney Azərbaycan məsləsinin dağınıq formada yox, bütün Güney təşkilatlarının koalisiyon formatında gündəmə gətirilməsi zərurətini yaradır.

Biz hesab edirik ki, nəzərdə tutulan parlament o zaman həqiqi mənada öz adını doğruda bilər ki, həmin parlament təşkil edilmədən öncə, Güney Azərbaycanla ilgili bütün qurum və quruluşlar bir araya gələrək Sürgündə Güney Azərbaycan Parlamentinin yaranması ilə əlaqədar öz təklif və proqramlarını təqdim etməli və bütün təkliflər ciddi formada müzakirə olunmalıdır. Btün tərəflərə qaranlıq qalan məqmlar aydınlaşdırılmalı, yekün qərar vrildikdən sonra ilk olaraq işçi qurupu və təşkilat komitəsi yaradılmalıdır.

MDHP GAD olaraq, aşağda qeyd olunaları təklif olaraq diqətinizə təqdim edirik:

1. Sürgündə Güney Azərbaycan Parlamentinin qurulması prosesində yalnız şəffaflıq və demokratik prinsiplərin tətbiqini əsas şərt olaraq qəbul edirik və bu prosesdə xaricdə yaşayan bütün milli və siyasi fəalların iştirakını təmin edən mexanizmin tapılmasını təklif edirik.

2. Güney Azərbaycan Milli Azadlıq Hərəkatının  əsas ağırlığı  Güney Azərbaycanın daxilində olduğu üçün, nəzərdə tutulan parlamentdə adları açıqlanmamaq şərtilə, orada olan milli ziyalılarımızın və öndə gedən milli hərəkat fəallarının mütləq şəkildə təmsil olunması və bu işi təmin etmək üçün məntiqli bir yolun tapılmasını təklif edirik.

3. Siyasi xətinə və ideoloji baxışına baxmayaraq Güney Azərbaycanla ilgili bütün qurum və qurluşlar (Turançı, Bütöv Azərbaycançı, İranı bütövlükdə Türk dövlətinə çevirmək tərfdarı olanlar, İstiqlalçı, Muxtariyyətçi, Mədəni Muxtariyyət tələb edənlər və Federalçılar) demokratik qaydlara əsaslanaraq parlamentdə təmsil olunmalı və hamıya bərabər təmsilçilik hüququ tnınmalıdır.

4. Sürgündə Güney Azərbaycan Parlamentinin mailyə mənbələri tapılmalı və həmin mənbələr inanılmış və etibarlı şəx və şəxslərin olması mühüm şərtlərdən biridir

5. Həmin Parlamentdə təmsil olunan qurum və qurluşlar Parlamentdə yaradılacaq komisiylarda təxəssüsə uyğun olaraq iş bölgülərində yaxından iştirak etməli və razılaşdırılmış müddət ərzində gördükləri işlər haqda yazılı hesabat verməlidir. (İqtsadiyyat, Siyasət, Elm və Mədəniyyət, Beynəlxalq Münasibətlər, Türk dövlətlərilə əlaqələr, Təhlükəsizlik, Müdafiə və…..)

6. Güney Azərbaycanın milli maraqları ilə bağlı qərarların hər hansı məhdud qrupun təsiri altına düşməsi yolverilməzdir.

7. Anayasa(konstitusiya) komitəsi yaradılmalı və Gələcəkdə qurulacaq Güney Azərbaycan dövlətinin Anayasası hazırlanmalıdır.
Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamenti (MDHP GAD ) yuxarıda qeyd olunan pirinsiplər əsasında “Sürgündə Güney Azərbaycan Parlamentinin” yaradılmasını təklif edir və bu pirinsiplərə dəstək verəcəyini bəyan edir".

 


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı